Məleykə Abbaszadə: III qrupda müsabiqə balları yüksək olacaq

“400 baldan yuxarı bal toplayanların dövlət sifarişli ixtisaslara qəbul olmaq şansları var”

Source:


“400 baldan yuxarı bal toplayanların dövlət sifarişli ixtisaslara qəbul olmaq şansları var”

“Bu il III qrupda 600 baldan yuxarı nəticə göstərənlər 617 nəfərdir. Keçən il isə 555 nəfər yalnız 600 baldan yuxarı nəticə göstərib”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

deyib

.

Onun sözlərinə görə, bu il III qrupda müsabiqə balları yüksək olacaq: “Keçən il 500 baldan yuxarı nəticə göstərənlər 2 714 nəfər idisə, bu il 2864 nəfərdir. 150 bal toplayanların sayı keçən il 17 964 nəfər idisə, bu il 16 567 nəfərdir”.

O həmçinin bildirib ki, III qrupda 400 baldan yuxarı bal toplayanların dövlət sifarişli ixtisaslara qəbul olmaq şansları var.

DİM sədri qeyd edib ki, nəticələr yüksək olduğu üçün III qrupda təxminən 3 500 nəfər ali məktəblərə qəbul ola bilməyəcək.

Ana səhifəXəbərlərMəleykə Abbaszadə: III qrupda müsabiqə balları yüksək olacaq