Məleykə Abbaszadə də Nardarandan danışdı

“Nardaran qəsəbəsində orta məktəbə gedən hər 100 nardaranlı qızdan yalnız 10 nəfəri 11-ci sinfə gəlib çatır”

Source:


“Nardaran qəsəbəsində orta məktəbə gedən hər 100 nardaranlı qızdan yalnız 10 nəfəri 11-ci sinfə gəlib çatır”


APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2004-cü ildə 1998-1999-cu ildə anadan olan 125 mindən çox uşaq 1-ci sinfə daxil olub: “Rəqəmlər ölkə üzrə təxminən eynidir. Həmin vaxt 50 faiz qız, 50 faiz oğlan birinci sinfə daxil olub. 9 ildən sonra keçirilən buraxılış imtahanları zamanı məlum olub ki, onların 3,5 faizi heç 9-cu sinfə gəlib çatmayıb. Deməli 4500-dən çox uşaq icbari təhsil ala bilməyib. 4500-dən çox uşağın 600-ü oğlanlar, yerdə qalanı isə qızlardır. Hər il bu proses davam edir”.

TQDK sədri qeyd edib ki, son 5 ildə ali məktəblərə qəbul prosesində qızlar oğlanları qabaqlayıb: “Lakin son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd verib. Amma qəbulda qızlar daha fəal olub”.

Ana səhifəXəbərlərMəleykə Abbaszadə də Nardarandan danışdı