”Müsahibələr vasitəsilə 240 nəfər işə qəbul olunub”
Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etmiş 205 nəzarətçi-müəllim bazadan xaric edilib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu barədə məlumat verib. Onun sözlərinə görə, həmin müəllimlər müxtəlif qayda pozuntularına, köçürmə hallarına yol veriblər.
“Nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib. 15 nəzarətçi-müəllim və 5 imtahan rəhbəri Fəxri fərmanla təltif olunub” – deyə M.Abbaszadə vurğulayıb.
APA-nın məlumatına
görə
, DİM rəhbəri onu da deyib ki, bu il daxili və ümumi müsahibələr vasitəsilə 240 nəfər işə qəbul olunub.
Vakansiyalar Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə (DQRİS) yerləşdirilir. “Hazırda dövlət orqanları tərəfindən dövlət qulluğunda müsabiqəyə ümumilikdə 1461 vakant vəzifə təqdim olunub”- deyib M.Abbaszadə.
Qanunvericiliyə əsasən dövlət qulluğuna qəbul imtahanları hər ay keçiriləcək.