“Mehriban Əliyevaya verilən “xoşməramlı səfir” titulu UNESCO-ya başucalığı gətirmir”
O, həmin tituldan dərhal məhrum edilməldir.
Bu barədə
The New York Times
qəzetinin “Birinci Xanım və Məhbus Jurnalist” adlı baş məqaləsində yazılıb.
Redaktorlar toplumunun yaydığı məqalədə Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovanın qondarma ittihamlarla həbsə salınmasından və bunun arxasında duran səbəblərdən bəhs edilir.
“Xədicə İsmayılova prezident İlham Əliyev və onun ailəsinin məxfi maliyyə vəsaitlərinə dair informasiya aşkarladıqdan sonra ədalətsiz məhkəmədə yeddi ildən çox həbs cəzası alıb,” məqalədə deyilir. “Atasını prezident kürsüsündə 2003-cü ildə əvəzləyən İlham Əliyev ötən illərdə daha avtoritar kurs götürüb.”
The New York Times
vurğulayır ki, Panama Sənədlərində üzə çıxanlar Xədicənin prezident haqda yazdıqlarının nə dərəcədə dürüst olduğunu göstərir.
Xədicə İsmayılın anası 2016-cı il Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatını qəbul edərkən
Redaktorlar hələ həbsindən öncə Xədicənin Azərbaycan hökuməti tərəfindən mütəmadi qaydada təzyiqlərə və təhdidlərə məruz qaldığını yazır.
Hazırda insan haqları vəkili Amal Cloooney-nin azərbaycanlı jurnalisti təmsil etdiyini bildirən məqalə byenəlxalq liderləri Azərbacan hökumətinə Xədicəni və başqa siyasi məhsbuları azad etmək üçün təzyiq göstərməyə çağırır.
The New York Times
-ın sorğusuna cavab verən UNESCO sözçüsü Corc Papagiannis təmsil etdiyi təşkilatın hazırda xoşməramlı səfirlərin siyahısını nəzərdən keçirdiyini, kimi orada saxlayıb-saxlamayacağına qərar verəcəyini bildirib.
“Başa düşülməyəni odur ki, UNESCO təmsilçiləri mükafatın təltif olunması mərasimində Xədicənin dərhal azadlığa buraxılmasına çağırmayıblar.”
“BMT baş katibliyi vəzifəsinə namizəd kimi nəzərdən keçirilən hazırkı UNESCO baş direktoru İrina Bokova üçün bunu etmək hələ də gec deyil,”
The New York Times
redaktorları məqaləni tamamlayır.
Tərcümə: Amerikanın səsi