Şikayət 200 manatlıq cərimə ilə bağlıdır
Yanvarın 31-də bloqqer Mehman Hüseynovun apelyasiya şikayətinə baxılacaq. Məlumatı onun vəkili Elçin Sadıqov “Facebook”da yazıb. O, şikayətin M.Hüseynovun 200 manat cərimə edilməsi ilə bağlı olduğunu deyib.
Apelyasiya şikayətinə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılacağı gözlənilir.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanmışdı. O, polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.