Mehman Hüseynov sərbəst buraxıldı

Bloqqer yanvarın 9-da, saat təxminən 19:30-da dostlarından ayrılmışdı və həmin vaxtdan da ondan heç bir xəbər yox idi

Source:


Bloqqer yanvarın 9-da, saat təxminən 19:30-da dostlarından ayrılmışdı və həmin vaxtdan da ondan heç bir xəbər yox idi

Bloqqer Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum olunub və azadlığa buraxılıb.

Məhkəmə prosesinə hakim Babək Pənahov sədrlik edib.

Bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində məlumat yayıb.

Bloqqer Mehman Hüseynov yanvarın 9-da, saat təxminən 19:30-da dostlarından ayrılıb və həmin vaxtdan da ondan heç bir xəbər yox idi.

Yanvarın 10-na keçən gecə, Bakı vaxtilə 2:50-də Mehman Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov “Sancaq” səhifəsindən canlı yayım edərək bloqqerin həbs olunma ehtimalını vurğulayıb:

“Aldığım məlumata görə, bu gün (9 yanvar nəzərdə tutulur-red) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib”.

Emin Hüseynov vətəndaşı saxlayarkən yaxınlarına xəbər verilməməsini qanun pozuntusu hesab edib və deyib ki, Mehman Hüseynovla bağlı hər hansı hadisə baş verərsə, onun işini davam etdirəcək.

Ana səhifəXəbərlərMehman Hüseynov sərbəst buraxıldı