Məhkəmələr Robert Əyyubovun ərizələrinə baxmaqdan imtina edir

Bəylər Əyyubovun qardaşı oğlu “hüquqi əhəmiyyətli faktın tanınması”nı istəyir

Source: Google


Bəylər Əyyubovun qardaşı oğlu “hüquqi əhəmiyyətli faktın tanınması”nı istəyir

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov üzləşdiyi problemin həlli üçün məhkəməyə üz tutub. Bu barədə Meydan TV-yə məlumat verən mənbə bildirib ki, R.Əyyubovun məhkəməyə ərizəsi qəbul edilməyib:

“Robert Əyyubovun ərizəsi “hüquqi əhəmiyyətli faktın tanınması” barədə idi. Amma onun müraciətinə “yox” deyilib. Səbail Rayon Məhkəməsində Robert Əyyubovun ərizəsinin qəbul olunmaması barədə qərardad çıxarılıb. O, qərardaddan apelyasiya və kassasiya şikayəti verib. Lakin nə Bakı Apelyasiya Məhkəməsi, nə də Ali Məhkəmə təmin edib. Nəticə dəyişməyib”.

R.Əyyubovla bağlı xəbəri məhkəmə sistemindən də Meydan TV-yə təsdiqləyiblər.

“Təkcə Səbail bələdiyyəsi deyil. Robert Əyyubov Nizami rayon bələdiyyəsilə bağlı da eyni məzmunlu (hüquqi əhəmiyyətli faktın tanınması) ərizə verib. Nizami Rayon Məhkəməsi də onun ərizəsinə baxmaqdan imtina edib, bu barədə qərardad çıxarılıb. Bu qərardaddan da apelyasiya şikayəti verib. Şikayəti təmin olunmayıb”, – məhkəmədən bildirilib.

Ana səhifəXəbərlərMəhkəmələr Robert Əyyubovun ərizələrinə baxmaqdan imtina edir