Məhkəmə qərar çıxarıb, “Azəriqaz” çilingəri işinə bərpa etmir

“Azəriqaz” bu dəfə də ödəməni tam vermir, 40-50 manat az ödəyir”

Source: Arxiv


“Aylardır müraciət etmədiyim təşkilat qalmayıb”

Bakı şəhəri, Keşlə qəsəbə sakini, Qarabağ əlili Əhməd Rəhmanov "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı olub. Şirkətin struktur islahatlarından narazı qalaraq Fövqəladə Hallar Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə müraciət edən Əhməd Rəhmanov vəzifəsindən uzaqlaşdırılıb. O, məhkəməyə müraciət edib, iddiası təmin olunub, lakin 6 aydır qərar yerinə yetirilmir.

Bu barədə Meydan TV-yə Əhməd Rəhmanovun özü məlumat verib.

Şikayətçi deyib ki, ötən ilin mayında "Azətiqaz" İstehsalat Birliyinin qaz istismar sahələrində ixtisarlar baş verib. Qaz istismar sahələrində çilingərlərin sayı azaldılıb:

"İxtisarlara qədər hər növbədə 2 çilingir vardı. Qərara gəldilər ki, çilingərlərin sayını azaltsınlar. Növbədə 1 çilingər qaldı. Mənim Qarabağ əlili olmağımı əsas gətirərək işdən çıxarmaq istəsələr də, şikayətlərdən sonra çıxarmadılar. Bizim iş prosesimizdən birini misal çəkim. Məsələn, yeraltı və ya yerüstü xətdə qəza olubsa, biz gedib qaz xəttini bağlayırıq. Texniki təhlükəsizlik qaydalarına görə çilingər tək işləyə bilməz. Çünki qaz yerin altında, hündürlükdən keçir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə, Prezident Administrasiyasına, Əmək Müfəttişliyinə müraciət etdim".

Untitled design (23).png
Əhməd Rəhmanov

Rəhman Əhmədovun sözlərinə görə, müvafiq təhlükəsizlik sənədlətində də göstərilir ki, çilingər quyuya tək düşə bilməz. Yaxud nərdivana tək çıxa bilməz. Yəni bir çilingərin tək işləməsi təhlükəsizlik cəhətdən qəbuledilməzdir. Mövcud qanunvericiliyə görə, hər növbədə 3 çilingər olmalıdır.

“Bundan əlavə, Yasamal, Nəsimi və Səbail rayonları üzrə cəmi 1 operativ maşın var. Təsəvvür edin, eyni zamanda müxtəlif ərazidə qəza baş verərsə, nə çilingər, nə maşın çatır. Nazirlikdən yoxlamaya gəldilər, rəhbərlik şikayət etdiyim üçün məni növbədən çıxardı. Mən Nəsiminin işçisi olduğum halda əvvəlcə Yasamal, sonra Səbail rayonuna göndərdilər. Sonra ümumiyyətlə növbəli işdən uzaqlaşdırdılar. Guya əlil olduğuma görə partlayış xarakterli işdə işləyə bilmərəm. Xətai Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə iddiamı təmin etdi", – şikayətçi bildirib.

img_5813.jpg
İşçiyə aid məlumat

Rəhman Əhmədov Nazirlər Kabinetinin qərarına istinad edir. Həmin qərarda göstərilir ki, partlayış xarakterli işdə əlavə pul ödənilməlidir:

"Növbədə işləyənlər 12 saatlıq növbə olduğundan həftədə 44-46 saat işləyirlər. Bu o deməkdir ki, 36 saat əvəzinə 44-46 saat işlədilir. “Azəriqaz” bu dəfə də ödəməni tam vermir, 40-50 manat az ödəyir. Məhkəmə yenidən öz işimə qayıtmaqla bağlı qərar çıxarıb. Iyul ayından icraçılar məni işimə bərpa edə bilmirlər. Dəfələrlə müraciət etsəm də, tədbir görülmür. "Azəriqaz" qərarı yerinə yetirmək istəmir. Aylardır müraciət etmədiyim təşkilat qalmayıb. İş icraçıları deyirlər ki, istehsalat birliyi qərarları heç vaxt təmin etmir".

Qurumdan isə şikayətlə bağlı rəsmi müraciət etməyi, yalnız bundan sonra sualın cavablandırılacağını desələr də, məsələyə aydınlıq gətirməyiblər. Meydan TV-nin “Azəriqaz”a ünvanladığı sorğu cavabsız qalıb.

Untitled design (24).png
Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi
Ana səhifəSosialMəhkəmə qərar çıxarıb, “Azəriqaz” çilingəri işinə bərpa etmir