Məhkəmə Qarabağ əlilinin şikayətini təmin etməyib

Məhkəmə şikayəti təmin etməyib.

Source:


''İslah prosesinin davam etdirilməsi vacibdir''

Suraxanı Rayon Məhkəməsi mayın 29-da AXCP üzvü, II qrup Qarabağ əlili Asif Yusiflinin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxıb.

Məhkəmə şikayəti təmin etməyib.

Prosesdə məlum olub ki, Ədliyyə Nazirliyi Kollegiyasının 28.09.2019-cu il tarixli qərarına əsasən yaradılmış müvafiq komissiyadan mənfi rəy alması barəsində 1077 saytı protokol tərtib edilib:

“Məhkum Asif Yusifli şəxsi gigiyenasına fikir verir, ailəsi və yaxın qohumları ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Hökm üzrə təyin edilmiş dövlətə olan 50 manat ekspertiza xərcini isə ödəməyib. Nəticədə məhkum A.Yusiflinin cəza çəkdiyi müddətdə islah yoluna qədəm qoymamasını, törətdiyi cinayət əməlini etiraf etməməsini, onunla islah prosesinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq və Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə müvafiq hesab edilmir”.

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilir. O, 7 il azadlıqdan məhrum edilib. Asif Yusifli vətəndaş Fəridə Zülfüqarovanın 7 min 700 manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu.

Ancaq cəbhəçi həbsinin siyasi motivli hesab edirdi.

2016-cı ilin mayında Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Asif Yusiflinin kasassiya şikayətinə baxılıb.

Məhkəmə Asif Yusiflinin həbs müddətini 1,5 il azaldıb.

Ana səhifəXəbərlərMəhkəmə Qarabağ əlilinin şikayətini təmin etməyib