Məhkəmə İntiqam Əliyevin şikayətini təmin etməyib

“Ölkədən çıxışıma icazə ilə bağlı verdiyimiz vəsatət təmin edilmədi”

Source:


“Ölkədən çıxışıma icazə ilə bağlı verdiyimiz vəsatət təmin edilmədi”

Oktyabrın 18-də Sumqayıt Şəhər Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə şərti cəza çəkən hüquq müdafiəçisi İntiqam Əliyevin müraciətinə baxılıb. O, oktyabr-noyabr aylarında bir sıra tədbirlərdə iştirak etmək üçün ölkədən çıxışına icazə verilməsini istəyib.

Bu barədə “Turan”a İntiqam Əliyev məlumat verib. Bildirib ki, məhkəmə iclası bir neçə dəfə təxirə salınıb.

Oktyabrın 18-də məhkəmə müraciətə baxıb və qanunvericiliyin şərti cəza çəkənlərin ölkədən çıxışına icazə vermədiyi bəhanəsi ilə istəyi təmin etməyib.

Daha öncə məhkəmə İntiqam Əliyevin ölkədən çıxışına icazə vermişdi və o, iyunun 6-7-də Strasburqda beynəlxalq konfransda iştirak etmişdi. Bu, Avropa Şurası rəhbərliyinin Azərbaycan hökumətinə müraciətindən sonra baş verib.

Həmin konfransda o, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına mane olan siyasi məhbuslar problemindən danışıb, bu da Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub.

Bundan sonra Əliyev Belqrada hakimlərin və vəkillərin müstəqilliyi məsələlərinə həsr olunmuş konfransa gedib. Konfransın yekunlarına görə BMT sessiyasında müzakirə üçün tənqidi məruzə hazırlanıb.

İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs edilib və iqtisadi cinayətlər törətmək ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Martın 28-də Ali Məhkəmə real həbs müddətini 5 il müddətinə şərti cəza ilə əvəz edib.

Ana səhifəXəbərlərMəhkəmə İntiqam Əliyevin şikayətini təmin etməyib