Məcburi köçkünlər aksiya keçirdi

Aksiyaçılar ev problemlərinin həll olunmasını istəyirlər

Source:


Aksiyaçılar ev problemlərinin həll olunmasını istəyirlər

Aprelin 15-də bir qrup məcburi köçkün bu gün səhər saatlarından Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirib.

 APA-nın məlumatına görə, məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

 Aksiya keçirən şəxslər vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər.

 Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aksiya ilə bağlı münasibət bildirib.

Qurumun Məskunlaşma miqrasiya məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov bildirib ki, komitənin binası qarşısına toplaşan şəxslər respublika, habelə paytaxt ərazində məskunlaşan məcburi köçkünlərdir: “Hər ayın 1-i və 15-i komitədə qəbul keçirilir. Bu gün həmin qəbula gələn şəxslərin sayı həddən artıq çoxdur. Lakin bütün şikayətçilər komitə sədrinin müavini, aparat rəhbəri və işğal altında olan rayonların icra hakimlərinin müavinləri tərəfindən qəbul olunur. Şikayətə gələn məcburi köçkünlər əsasən  mənzil problemindən əziyyət çəkirlər. Qanunvericiliyə əsasən, məcburi köçkünlərin ev problemi tədricən həll ediləcək və onlar hazırda tikilən mənzillərlə təmin ediləcək”

Ana səhifəXəbərlərMəcburi köçkünlər aksiya keçirdi