Mayın 12-də prokuror Pərviz Həşimliyə cəza istəyəcək

Məhkəmə prosesində ilkin üzləşmə videosuna baxış keçirilib

Source:


Məhkəmə prosesində ilkin üzləşmə videosuna baxış keçirilib

Mayın 5-də Bakı Ağır Cinayətlərə dair Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi keçirilib. İclasda ilkin üzləşmə videosuna baxış keçirilib.

Meydan TV-nin əməkdaşının prosesdən verdiyi məlumata görə, iclas məhkəmə istintaqı ilə yekunlaşıb. Bundan sonra prokuror çıxış üçün bir həftə vaxt istəyib.

Beləliklə, mayın 12-də saat 3-də prokuror çıxış edib Pərviz Həşimliyə cəza istəyəcək.

Ana səhifəXəbərlərMayın 12-də prokuror Pərviz Həşimliyə cəza istəyəcək