Mavritaniyadakı azərbaycanlı dənizçilər İstanbula qaytarılıb

Kapitan Rövşən Abdullayev problemlərinin həlli istiqamətində köməklik göstərən hər bir kəsə, eyni zamanda aidiyyətli qurumlara təşəkkürünu bildirib.

Source: Specify Source


Dənizçiləri aldatmaqda günahlandırılan şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir

Ötən ilin sonunda iki nəfər Türkiyə, vətəndaşı və bir azərbaycanlı tərəfindən aldadılaraq iş təklifi ilə Türkiyəyə, oradan isə Afrikanın liman şəhəri Nuadibuya aparılan dörd azərbaycanlı dənizçidən xəbər var.

Kapitan Rövşən Abdullayev Meydan TV əməkdaşına iyunun 21-də Afrikanın paytaxtı Nuakşotdan Türkiyəyə gətirildiklərini bildirib. Dediyinə görə, onlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə nümayəndəliyi tərəfindən qarşılanaraq, İstanbulun Fatih rayonu ərazisində yerləşən otlellərdən birinə yerləşdirilib.

Hazırda dənizçilər – kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyevin səhhətləri qaydasındadır.

Dənizçilərin problemini ilk işıqlandıran

Meydan TV

olub.

Kapitan Rövşən Abdullayev problemlərinin həlli istiqamətində köməklik göstərən hər bir kəsə, eyni zamanda aidiyyətli qurumlara təşəkkürünu bildirib. Aldadılaraq, Afrikada taleyin ümidinə buraxıldıqları bir vaxtda onlara əsas dəstəyin Azərbaycan Dənizçiləri İctimai Birliyinin sədri Ilham Nəsirov tərəfindən göstərildiyini xüsusi qeyd edib:

“İlham Nəsirov vəziyyətimizlə bağlı durumu biləndən sonra bizə maddi dəstək olmaqla bağlı həmkarlarımıza çağırış etdi. Həmçinin Azərbaycanın Türkiyədəki Səfirliyinə, o cümlədən, Türkiyənin Azərbaycandakı Səfirliyinə, Azəbaycanın Mərakeş Krallığındakı Səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi. Məhz onun təşəbbüsü və səyi sayəsində biz artıq İstanbuldayıq. Mavritaniyada çəkdiyimiz çətinliklər demək olar geridə qalıb”.

Rövşən Abdullayev onları iş adı ilə aldadaraq Mavritaniya aparan şəxslər Rasim Əliyev, Vedat Yüksel və Raqib Karadeniz bağlı hüquqi tədbilər görüldüyünü deyib. Bildirib ki, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Azərbaycanlı dörd dənizçi – kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyev iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb. Lakin verilən vədlər özünü doğrultmayıb. Daha sonra isə koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra dənizçilərimiz orada ciddi maddi problemlərlə üzləşiblər. İş təklif edən şəxslər isə dörd nəfər dənizçiyə verilən vədlərə əməl etməkdən boyun qaçırıblar.

Ana səhifəSosialMavritaniyadakı azərbaycanlı dənizçilər İstanbula qaytarılıb