Matəm elan edilməyən faciədən 1 il ötdü

2015-ci ilin Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli binada yanğın baş verdi. Yanğın nəticəsində 3-ü azyaşlı uşaq olmaqla 15 nəfər həyatını itirdi, 64 nəfər isə yaralandı.

Binada baş verən yanğının səbəbi tezalışan poliuretan üzlüklərin olduğu aşkara çıxdı. Elə həmin gün qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutuldu. Miryusif Mahmudov 2014-cü ildə İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının „əməkdar mühəndisi“ fəxri adı ilə təltif olunub. Mayın 21-də isə daha 4 nəfər “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov barəsədində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçildi.

Baş verənlərin fonunda MİS müdürünün həbsi sosial şəbəkələrdə və ictimaiyyət arasında qınaq obyektinə çevrildi. Tək MİS müdürünün həbsi yox, həmin hadisə ərəfəsində baş nazirin müavini Abid Şərifovun müsahibəsi də çox böyük səs- küyə səbəb oldu.

Binada baş verən yanğının səhəri günü mayın 20-də gənclər “Maskalar sökülsün” aksiyası keçirib, üzlüklərin dərhal sökülməsini tələb etdi. Azərbaycan polisi yenə aksiyanı zor gücünə dayandırdı və həbslər həyata keçirdi.

19 may günündəki yanğında təkcə bina yox, həm də binanın ətrafında olan obyektlər, həyətdə dayanmış maşınlar da ziyan gördü. Artıq 1 il keçməsinə baxmayaraq, həmin adamlara kompensasiya verilmir. Dəfələrlə bina önündə yığışan vətəndaşlar etiraz etsələr də, heç bir xeyri olmayıb.

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı cinayət işi isə bu ilin 14 mayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Azaqlıq” metrosu yaxınlığındakı bina təmir edildi. Lakin həmin binanın adı yanan bina kimi qaldı. 15 nəfərin ölümü, 64 nəfərin yaralandığı hadisə sonrası matəm elan edilmədi.



[youtube kanalımıza abunə olun]

Ana səhifəVideoMatəm elan edilməyən faciədən 1 il ötdü