Maşın nömrəsi satanlar saxlanıldı

5 nəfər bahalı nömrə alverində şübhəli bilinir

Source:


5 nəfər bahalı nömrə alverində şübhəli bilinir

Bahalı maşın nömrələri satmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“Son günlər bəzi KİV-də avtomobil nömrələrinin yüksək qiymətə satışı barədə məlumatlar yayılır. DİN tərəfindən aparılan araşdırmalar göstərib ki, bu nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və bu nömrələri onlar satır. Araşdırmalar həmçinin göstərib ki, nömrələrin satışı barədə elan yerləşdirən şəxslər dələduzluq yolu ilə külli miqdarda pul qazanmaq qərarına gəliblər”, – məlumatda bildirilir.

Operativ əməliyyatlar zamanı avtomobil nömrələrini tanımadıqları şəxslərə satmaq istəyənlər saxlanılıb. DİN xatırladır ki, avtomobil nömrələri Yol Polisi tərəfindən verilir.

Ötən gün sosial şəbəkələrdə “prestij nömrə”lərin 100-200 min manata satılması barədə elan dərc edilib. “Prestij” nömrənin bütün rəqəmlərinin 9-dan ibarət olmasıymış.

Ana səhifəXəbərlərMaşın nömrəsi satanlar saxlanıldı