Masallı bazarında: "12 yaşlı uşağı işləməyə çıxarırıq"

Mənbə: Meydan.TV

Başlıq: Masallı bazarında: "12 yaşlı uşağı işləməyə çıxarırıq"

Masallı bazarında: "12 yaşlı uşağı işləməyə çıxarırıq"

Masallı bazarında: "12 yaşlı uşağı işləməyə çıxarırıq"

Bu bazarda hər yaşdan satıcı görmək olar. Kimi parta əvəzinə piştaxta arxasında qalan məktəblidir, kimi də dinclik vaxtında işləyən pensiyaçı... Masallı camaatı bura “Köhnə Bazar” deyir.

“12 yaşlı uşağı bazara çıxarırıq. Çörək qazanmağa vadar edirik. Belə yaşamaq olar? Onun məktəb vaxtıdır,”- valideyn Həbibə Qasımova məktəblinin işləməyini yoxsulluqla bağlayır.

“Mənim üçün çətindir, səhər dura bilmirəm. Ayağlarım xəstə, ürəyimdə genişlənmə var. Əgər pulumuz olsa, bizim bazarda nə işimiz var?”- 65 yaşlı balıqsatan Tərgül Fəttayeva deyir.

Rayon camaatı danışır ki, əhali işsizlikdən üzünü bazara tutur. Bəs bazarda necə? Qazana bilirlərmi?

“Bu alverlə heç yana getmək olmaz. Bu, ancaq onun üçündür ki, acından ölmə, heç kimə demə, mənə çörəkpulu ver. Ona görə 62 yaşımda gəlib dayanmışam burada,”- göyərti satan Əlimusa Mirzəyev söyləyir.

”Öz məhsulumuzu özümüz ucuz alırıq, nəinki baha. Yenə də yaxşı olardı ki, xaricə çıxartmağa da imkan verərdilər. Xariclə əlaqəmizi kəsiblər. Bu istehsal edən təsərrüfatlar üçün əziyyətdir. Gəlir mənbəyi olmadığı üçün onlar gec-tez bu işi tərk edəcəklər,”-alıcı danışır.

Bazar “köhnə” adlanandan, yolları da baxımsız qalıb. Alverçilər günlərini qışda palçıq, yayda tozanaqla başa vururlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vpztkv

Ən çox baxılan