Növbəti valyuta hərracı keçirilib
Aprelin 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.7029 səviyyəsində formalaşıb.
Mərkəzi Bankın aprelin 11-ə olan məzənnəsinə görə, 1 ABŞ dolları 1.7031 manata bərabərdir.
Aprelin 6-da keçirilən hərracda da manat dollara nisbətən möhkəmlənmişdi.
Bundan əlavə, martda da manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü.
İqtisadçı Natiq Cəfərli manatın dəyər qazanmasının müvəqqəti olduğunu deyir. O, manatın möhkəmlənməsinin iqtisadi əsaslarının olmadığını söyləyir.