Manat bir gündə 0,80 qəpik dəyər itirdi

“Manatın dəyərdən düşməsi daha da sürətləndi”

Source:
Манаты
Манаты


“Manatın dəyərdən düşməsi daha da sürətləndi”

Oktyabrın 25-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərrac 1 dollar üçün 1,6211 məzənnəsi ilə başlayıb və 1,6291 məzənnəsi ilə yekunlaşıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, Mərkəzi Bank tarixində son dövrdə ilk dəfədir ki, manat gün ərzində 0,80 qəpik dəyər itirdi:

“Bununla da manatın dəyərdən düşməsi daha da sürətləndi. Açığı, MB-ın məntiqini anlamıram, bu ölkədə məzənnə inzibatidir, bunu boyunlarına alsalar da, almasalar da bu belədir. Bəs niyə özləri panikanı artırırlar? Niyə camaatın əsəbləri ilə oynayırlar?”.

Ana səhifəXəbərlərManat bir gündə 0,80 qəpik dəyər itirdi