Onunla vida mərasimində dövlət rəsmiləri iştirak edib
ABŞ-da yaşamış azərbaycanlı alim Lütfi Zadənin nəşi sentyabrın 29-da Bakıya gətirilib və o, I Fəxri Xiyabanda dəfn edilib.
Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilib. Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslər iştirak ediblər.
Lütfi Zadə 1921-ci ildə Bakıda anadan olub. Sonra bir müddət İranda yaşayıb, daha sonra ABŞ-a gedib.
O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi.
Lütfi Zadə sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.