Hadisənin Antalya yaxınlığında baş verdiyi deyilir
Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun Türkiyədə qətlə yetirildiyi bildirilir.
“Anadolu” Xəbər Agentliyi yazır ki, Nadir Səlifov Antalyanın Serik bölgəsindəki bir otelin restoranında birgə nahar etdiyi şəxs tərəfindən
öldürülüb
.
Agentliyin xəbərinə görə, Nadir Səlifov güllə ilə başından vurulub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəbərdə bildirilir ki, Nadir Səlifovu öldürən şəxs hadisə yerindən qaçsa da, o, Antalya-Dənizli şosesində saxlanılıb. Xəbərdə Nadir Səlifovu öldürən şəxsin kimliyi barədə məlumat yoxdur.
Nadir Səlifov 1972-ci ildə Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib.
Agentliyin xəbərində bildirilir ki, o, 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, qanunsuz yollarla yenidən bu ölkəyə qayıda bilib.