Polis məlumatı təsdiqləyib
Sentyabrın 15-i, səhər saatlarında London metrosunda partlayış olub. Hadisə Qərbi Londonda “Parsons Green” stansiyasında baş verib.
Xəbəri Reuters yayıb.
Məlumatda partlayışla bağlı xəbəri London polisinin təsdiqlədiyi bildirilir. Hələlik, xəsarət alanların olub-olmaması, partlayışın hansı səbəbə baş verməsi ilə bağlı məlumat yoxdur.
Hadisə yerində olan “Metro” qəzetinin müxbiri deyib ki, onların üzü çox pis yanıb. Stansiyaya gələn yanğınsöndürənlər onlara zəngin səhər saat 8:21-də gəldiyini bildiriblər.