“Lider TV”-nin fəaliyyəti dayandırılır

Milli Televiziya və Radio Şuranın yaydığı məlumatda “Lider TV” və “Radio-Azərbaycan” MMC-nin müflisləşməsi barədə məhkəmənin qanuni qüvvəyə minən qətnaməsində xüsusi olaraq qeyd olunub

Source: Specify Source


Telekanal gələn aydan yayımlanmayacaq

“Lider TV”-nin iyunun 1-dən fəaliyyəti dayandırılır.

Bu barədə Milli Televiziya və Radio Şurasının mayın 24-də keçirilən iclasında qərar qəbul edilib.

Milli Televiziya və Radio Şuranın yaydığı məlumatda "Lider TV” və “Radio-Azərbaycan" MMC-nin müflisləşməsi barədə məhkəmənin qanuni qüvvəyə minən qətnaməsində xüsusi olaraq qeyd olunub:

"Lider TV-yə ümumrespublika televiziya və radio yayımı üçün verilən 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilsin”.

İclasda, həmçinin, "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyi, "Mingəçevir" Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və "Alternativ Tele-Radio" MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyi nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə də müvafiq qərarlar qəbul edilib.

2000-ci ilin sentyabrından fəaliyyətə başlayan “Lider TV və Radio-Azərbaycan” MMC ötən ilin iyunun 16-da Bakı Kommersiya Məhkəməsinin qərarıyla müflis elan

edilib

.

Ana səhifəSiyasət“Lider TV”-nin fəaliyyəti dayandırılır