“Lider” telekanalı

Mənbə: Foto: arxiv

Başlıq: “Lider” telekanalı

“Lider” telekanalı və radiosu müflis elan edildi

Məhkəmə telekanalla bağlı qərar çıxarıb

“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilib. İyunun 16-da Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədov bu barədə qərar çıxarıb. Qərara əsasən, “Lider”ə əmlak inzibatçısı da təyin edilib.

Bu qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiası əsasında çıxarılıb.

“Teleradio” İstehsalat Birliyi iddia ərizəsində göstərib ki, “Lider TV və Radio-Azərbaycan” MMC müqavilə öhdəliklərinə əməl edə bilmir. Ona görə də müflis elan edilməlidir. Əmlak inzibatçısının təyin olunmasına gəlincə, şirkətin mülkiyyətində olan əmlak qiymətləndiriləcək və öhdəliklərin icrasına yönəldiləcək.

“Lider” telekanalında maliyyə durumunun ağır olması, əməkdaşların öz hesabına məzuniyyətə göndərilməsi barədə xəbərlər xeyli vaxtdır ki, yayılıb.

“Lider” telekanalı 2000-ci ilin sentyabrından efirdədir. Lakin “Lider TV və Radio-Azərbaycan” MMC bundan öncə - 1999-cu ildə təsis olunub. Şirkətin rəhbəri Ədalət Əliyev prezidentin mərhum əmisi Hüseyn Əliyevin nəvəsidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xwmm4o

Ən çox baxılan