”Lider-AS” supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb

Sahibkar ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələrinin marketlərin bağlanmasına səbəb olduğunu vurğulayıb

Source:


Sahibkar ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələrinin marketlərin bağlanmasına səbəb olduğunu vurğulayıb

Paytaxtda fəaliyyət göstərən “Lider-AS” supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb.

“Report”  bir neçə gündür şəbəkənin marketlərinin işləmədiyini və malların isə başqa yerlərə daşındığını xəbər verir.

Faktı “Lider-AS” supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb.

Sahibkar əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olduğunu deyib: “Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb. Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb”.

İ.İsmayılov ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələrinin marketlərin bağlanmasına səbəb olduğunu vurğulayıb.

Ana səhifəXəbərlər”Lider-AS” supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb