Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus alman professor Kristian Vittin müayinəsindən sonra Bakı təcridxanasının tibb məntəqəsinə köçürülüb. Bu barədə “Turan İA”-a vəkil Elçin Qəmbərov məlumat verib.
Vəkilin sözlərinə görə, professor Vitt Leyla Yunusu ötən həftənin sonlarında müayinə edib və onun tibb məntəqəsinə köçürülməsini tövsiyə edib. Çünki kamera şəraitində müalicə mümkün deyil.
“Leyla Yunusun vəziyyəti kafidir. Hökm ona hər hansı psixoloji təsir göstərməyib, çünki gözlənilən idi”.
Vəkil həmçinin bildirib ki, Leyla Yunusdan sonra professor MTN təcridxanasında Arif Yunusu da müayinə etməlidir.
Hazırda müdafiə tərəfi Leyla Yunusun barəsində hökmdən apellyasiya şikayəti hazırlayır.