Leyla Yunus prokurorluğa getmədi

Hüquq müdafiəçisinə zəng olmayıb və o, “hələ sakitlikdir” dedi

Source:

Hüquq müdafiəçisinə zəng olmayıb və o, “hələ sakitlikdir” dedi

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus iyulun 7-də saat 10-da Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə getməyib.

Leyla Yunus Meydan TV-yə deyib ki, o, həyat yoldaşının, özünün və mənzillərinin sənədləri qaytarılmayana qədər  ifadə verməyəcək. “Çünki mənim hüquqlarım pozulub və qarşı tərəf qanunları pozub. İki aydan çoxdur sənədlərimiz qanuncasına prokurorluqda saxlanılır və heç bir məlumat verilmir” – Leyla Yunus belə deyib.

Leyla Yunus günün birinci yarısına qədər prokurorluqdan heç bir zəng olmadığını və mənzilinin qapısının döyülmədiyini bildirib: “Hələ sakitlikdir”.

İyulun 4-də saat 16.05-də müstəntiq İbrahim Ləmbaranski Leyla Yunusa zəng edərək idarəyə ifadə verməyə dəvət edib.

Ana səhifəXəbərlərLeyla Yunus prokurorluğa getmədi