Leyla Yunus müraciət yaydı

Hüquq müdafiəçisi korrupsioner, kriminal, Azərbaycanı işğal edən rejimə təhlükə olması ilə fəxr duyduğunu hesab edir

Source:


Hüquq müdafiəçisi korrupsioner, kriminal, Azərbaycanı işğal edən rejimə təhlükə olması ilə fəxr duyduğunu hesab edir

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus son bir həftədə qarşılaşdığı təzyiqlərlə əlaqədar müraciət yayıb. Leyla Yunus “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsindən sonra hakimiyyətin onun və həyat yoldaşı, konfliktoloq Arif Yunusdan ibarət casus şəbəkəsi yaratmaq yönündə kampaniya qurduğunu düşünür. O, bununla bağlı haqqında “erməni agenti”, yaxud “erməni” kimi adlanmalara aydınlıq gətirib.

Leyla Yunus nənəsinin alman olduğunu, 1941-ci ildə ailəsinin Qazaxıstana sürgün olunduğunu, amma onlardan heç kimin sağ qalmadığını bildirib: “Nənəm bütün ömrü boyu milli kimliyini, qızlıq soyadını gizlətdi, bu qorxu o qədər güclüydü ki, o, hətta 1986-cı il də ölüm öncəsi mənim onun anası haqqında sualıma cavab vermədi. Həyat yoldaşımın anası ermənidir, artıq həyatda yoxdur. Amma o sağ olanda bütün ailə sakit şəkildə onun milli kimliyini gizlətdi. Rədd olsun millətçilik, millətçilik, hansı ki, insanların ağlında oturub və dəhşətli barlar verir. Hakimiyyətyönlü mətbuatda ailəm və yaxınlarım “erməni”, “rusdilli”, “qarışıqqan”lı kimi təqdim olunur. Anam ömrü boyu anasının alman olduğunu deməyə qorxub. O cümlədən, qızım nənəsinin erməni olduğunu… Başqa xalqa nifrət tərbiyəsi, hansı çirkin siyasətçilər bütün keçmiş SSRİ respublikalarına yükləyib. Ən dəhşətlisi bunun müasir nəslə təsiridir”.

Leyla Yunus öz ömrünü insan hüquqlarının müdafiəsinə həsr etdiyini hesab edir: “2012-ci ildə Ermənistandakı həmkarımla azərbaycanlı-erməni sülh dialoqu naminə unikal sayt yaratdıq, məqsəd bir-birini anlamaq olub. Açıq görünür ki, fəaliyyətimin nəticəsi oldu, əgər bu gün prokurorluğa saxta ittiham, həbs, sonra da öldürmək komandası veriblərsə. Mən gənc deyiləm, 150 santimetr boyum var və hakimiyyətin bütün kriminal mexanizmi məhvim üçün hərəkətə keçib. Mənə görə həyatda insanlar və insan olmayanlar var. İnsanlar deyəndə, böyük hərflə adını yazacağım Teymur Hüseynov var, mənim babam, Azərbaycan kinematoqrafiyasının əsasını qoyan. Ermənistan kinostudiyasının adını daşıdığı Amo Beknazarov isə onun həmkarıdır. İnsan olmayanlar isə həbsxanalarda insanlara ölənə qədər işgıncə verənlərdir”.

Hüquq mdafiəçisi fikirlərini belə bitirib: “Mən ölümdən və həbs olunmaqdan qorxmuram. Onunla fəxr duyuram ki, korrupsioner, kriminal, vətənim Azərbaycanı işğal edən rejimə təhlükəyəm. Əlbəttə ki, bir ana kimi ümid etmək istəyirəm ki, həyat yoldaşım yaşayacaq, qızım yetim qalmayacaq.

Bizim və sizlərin azadlığı naminə!”

Ana səhifəXəbərlərLeyla Yunus müraciət yaydı