Leyla Yunus azadlıqda

Məhkəmənin qərarı ilə hüquq müdafiəçisinin üzərində həbs olan mənzili də geri qaytarılıb

Source:

Məhkəmənin qərarı ilə hüquq müdafiəçisinin üzərində həbs olan mənzili də geri qaytarılıb

Dekabrın 9-də Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu 5 il şərti cəza ilə azadlığa buraxıb. Bu barədə məlumatı prosesi izləyən Meydan TV əməkdaşı verib.

Məhkəmə sənədlərin saxtalaşdırılması ilə bağlı 320-ci maddəni müddəti keçdiyinə görə hökmdən çıxarıb, o biri maddələr üzrə isə 5 il şərti cəza kəsib.

Məhkəmə Leyla Yunusun həyat yoldaşı politoloq Arif Yunusu də 5 il şərti cəza ilə azadlığa buraxıb.

Həmçinin məhkəmə Yunusların qızı Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərarı hökmdən çıxarıb.

Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən ay Bakı Apellyasiya Məhkəməsi Arif Yunus haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar vermişdi.

Ana səhifəXəbərlərLeyla Yunus azadlıqda