Leyla Əliyeva və Emin Ağalarov rəsmən boşanacaqlarını bildirdilər

Hər ikisi də bunu Instagram səhifələrində yerləşdirdikləri fotolarda açıqlayıblar.

Source:

Leyla Əliyeva özünün rəsmi Instagram səhifəsində Emin Ağalarovdan boşandığını qeyd edib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və biz nikahımızı pozmaq qərarına gəldik. Biz dost olaraq qalırıq.”

Eyniylə Emin Ağalarov da öz Instagram səhifəsində, rus və ingilis dilində bu sözləri paylaşıb: “Çoxlarının bildiyi kimi Leyla və mən illərdi müxtəlif ölkələrdə yaşayırıq. Və indi bizim boşanmaq vaxtımız çatıb və biz bunu etdik. Biz dost olaraq qalacağıq və uşaqlarımızı birlikdə böyüdəcəyik”.

Bir neçə gün öncə Emin Ağalarov “The Wright Stuff” proqramına müsahibəsində “korrupsiyada ittiham olunan prezidentin kürəkəni” olması haqqında danışıb, eyni zamanda Leyla Əliyeva ilə evliliyinin “əbədi olmaya biləcəyini” demişdi.

 Leyla Əliyeva və Emin 2006-cı ildə ailə qurublar. Onların Əli və Mikayıl adlı əkiz övladları var.

Ana səhifəXəbərlərLeyla Əliyeva və Emin Ağalarov rəsmən boşanacaqlarını bildirdilər