Lerikdə zəlzələ zamanı evlərə ziyan dəyib

“1998-ci ildən bu yana Lerikdə belə güclü zəlzələ olmayıb”

Foto: Azərtac
Lerik
Lerik


“1998-ci ildən bu yana Lerikdə belə güclü zəlzələ olmayıb”

Lerikdə avqustun 28-də baş vermiş zəlzələ nəticəsində köhnə tikintilərdə çatlar əmələ gəlib, təqribən 40-a yaxın evdə belə çatlar var.

Ciddi dağıntı və insan tələfatı yoxdur.

Bu barədə “Turan” informasiya agentliyinə Lerik Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov bildirib.

Onun sözlətinə görə, 1998-ci ildən bu yana Lerikdə belə güclü zəlzələ olmayıb.

Lakin ciddi dağıntı və tələfatsız ötüşüb.

Hazırda zəlzələdən zərər çəkmiş vətəndaşlara dövlət dəstəyinin göstərilməsi məqsədilə sənədləşdirmə işləri aparılır.

Avqustun 28-də saat 17:00 radələrində Lerik rayonu ərazisində 15 kilometr dərinlikdə 5.1 gücündə zəlzələ baş verib. Zəlzələ Lənkəran rayonunda da 5.1 gücündə hiss edilib. Qalan ətraf rayonlarda isə 4-3 gücündə hiss olunub.

Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, avqustun 28-də axşam 3,7 və 3,2 gücündə yeraltı təkanlar qeydə alınıb. Avqustun 29-da səhər zəlzələ bölgəsində 60-dan çox afterşok baş verib ki, bu da həmin ərazilərdə enerjinin boşalması ilə bağlıdır.

Ana səhifəXəbərlərLerikdə zəlzələ zamanı evlərə ziyan dəyib