Lələtəpə döyüşünün iştirakçısı linfa xərçəngindən ölüb

Turan Aslanlı: “Ciddi müalicə alsaydı, əmimoğlunun ömrü bəlkə bir neçə il uzanardı”

Source:
Azər Əbülfət oğlu Aslanov
Azər Əbülfət oğlu Aslanov

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan döyüşçü Azər Aslanov iyulun 7-də ölüb.

Bu barədə onun əmisi oğlu Tural Aslanlı məlumat yayıb. Bildirib ki, o, uzun müddət Qan İnstitutunda müalicə alıb:

“Ciddi müalicə alsaydı, ömrü bəlkə bir neçə il uzanardı. Ancaq quru sözlərdən başqa heç bir kömək göstərən olmadı. Əmim oğlu keçinən vaxt mən xəstəxanada idim. Xəstəxana işçilərinin bu qədər soyuqqanlı olduğunu bilmirdim. İnsanlıq onlar üçün bitib”.

T.Aslanlı deyir ki, həkimlər Azərin valideyinlərinə “xəstəxanada səs-küy salmayın, onsuz da gec-tez gedəcəkdi”, – deyirmişlər.

“Bu necə insanlıq, necə vicdandır? Bu dövlət üçün canından keçməyə hazır olan birisinə qarşı bu qədər soyuqqanlılıqla yanaşmağı ancaq həkimlər edərdi”.

2016-cı ilin aprelində Lələtəpə döyüşünün iştirakçısı Azər Əbülfət oğlu Aslanov Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu olub. O, uzun müddət linfa xərçəngindən əziyyət çəkirdi. Hətta müalicəsinə dəstək olmaq üçün Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etmişdi.

Azər Əbülfət oğlu Aslanov
Azər Əbülfət oğlu Aslanov

Müraciətində qeyd etmişdi ki, iki övlad atası olaraq ailə vəziyyətinin ağır olması, müalicə olunması üçün lazım olan vəsaiti əldə etməyi mümkün deyil.

O bildirmişdi ki, qulluq etdiyim N saylı hərbi hissəsinin yarıqat əmək haqqından başqa gəlir yeri yoxdur.

A.Aslanov bildirib ki, xəstəliyi ilə əlaqədar olaraq qulluq etdiyi N saylı hərbi hissədən yaxın günlərdə təxris etdikdən sonra isə müalicə üçün heç cürə maddi imkan əldə edə bilməyəcək.

Son ümid yeri kimi Ali Baş Komandan İlham Əliyevə və xanımına üz tutan hərbi qulluqçu

yazırdı

:

“Kaş içimdəki bu ağır xəstəliyə düçar olmaqdansa, vətən uğurunda şəhid olaydım. Ancaq mən ümidimi itirməmişəm və hörmətli prezidentim İlham Əliyevə və sizə olan inamım daim ürəyimdədir. Sizdən Azərbaycan Milli Ordusunun hərbiçisi kimi, vətəndaş kimi, iki övlad atası kimi xahiş edirəm, ağır xəstəliyimin müalicəsi üçün mənə kömək edin. Həkimlərimiz bu ağır xəstəliyin ölkəmizdə və xaricdə müalicə olunaraq bir müddət yaşamağın mümkün olduğunu deyirlər. Mən də mümkün olduğu qədər yaşayıb torpaqlarımızın işğaldan azad olunmasını görmək istəyirəm. Çünki buna inanıram”.

Ana səhifəXəbərlərLələtəpə döyüşünün iştirakçısı linfa xərçəngindən ölüb