Eduard Çernin şəxsi istəyi ilə blogerin müdafiəsinə qoşulub
Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin hüquqlarını müdafiə edəcək yeni vəkilin adı məlum olub. Bu barədə APA məlumat yayıb.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Eduard Çerninin blogerin müdafiəsinə şəxsi istəyi ilə qoşulduğu bildirilir.
A.Lapşin dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilir.