Laçında iki nəfər minaya düşüb (Yenilənib)

Mina partlayış – Modern.az

Xəsarət alanlardan biri həyatını itirib

Minalı ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsəvər Sovet oğlu Həmidov həlak olub.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
“1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırır”, – məlumatda bildirilib.

+++

Yaralılar xəstəxanaya çatdırılıb

Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində təmir-tikinti işlərilə məşğul olan iki nəfər – Elsevər Həmidov və Səbuhi Həsənov minaya düşüb. Onlar mina partlayışı nəticəsində yaralanıblar.

Hadisə axşam saat 19 radələrində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Meydan TV-yə bildirib ki, yaralıları ətrafda olan polislər və Daxili Qoşunların hərbi qulluqçuları xəstəxanaya çatdırıb: “Hazırda onların müalicəsi davam etdirilir”.

Laçın Rayon Prokurorluğunda artıq hadisə ilə bağlı araşdırmalar başlayıb. Bu barədə prokurorluq məlumat yayıb.

Ana səhifəXəbərlərLaçında iki nəfər minaya düşüb (Yenilənib)