Külək İsmayıllıda onlarla evə, binaya ziyan vurub

”30 şəhər sakini evlərinə ziyan dəyməsi ilə bağlı komissiyaya müraciət edib”

Source:


”30 şəhər sakini evlərinə ziyan dəyməsi ilə bağlı komissiyaya müraciət edib”

Mayın 21-i əsən güclü külək və yağan leysan İsmayıllıda onlarla evə, binaya ziyan vurub.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev hazırda dəyən ziyanın nəticələrinin aradan qaldırıldığını deyib:

“Dünən axşamüstü həm güclü külək qalxdı, həm də leysan yağışlar yağdı. İndi dəyən ziyanın nəticələri aradan qaldırılır. İcra Hakimiyyətinin işçiləri ərazidədir, hamı səfərbər olub. Rabitə və elektrik sisteminə dəyən ziyanı aradan qaldırmağa çalışırıq”.

Rövşən Ağayev deyib ki, güclü külək ağacları yerindən çıxarıb. Nəticədə 8 kommunal binanın üzərinə ağac aşıb:

“Daha 30 şəhər sakini evlərinə ziyan dəyməsi ilə bağlı komissiyaya müraciət edib. Bir avtomobilin üzərinə ağac aşıb, əzilib. Ziyanın fəsadları araşdırılıb, aradan qaldırılacaq”.

Güclü külək Göyçay və Zərdab rayonlarında da oxşar fəsadlar törədib. Meyvə bağlarına, əkin sahələrinə ziyan dəydiyi bildirilir.

Ana səhifəXəbərlərKülək İsmayıllıda onlarla evə, binaya ziyan vurub