Kreml müharibə zamanı yüksək rütbəli məmurlara işdən çıxmağı qadağan edib

Foto: Meydan TV

İşdən çıxmaq istəyənlərin cinayət məsuliyyətinə cəlb edilə biləcəyi bildirilir

“Spektr.press”in materialı

Müharibə zamanı yüksək rütbəli rus məmurlarına cinayət təqibi təhlükəsi ilə istefa vermək qadağan edilib, – mənbələrə istinadən “Vajnıye istorii” yazır.

Nəşrin Prezident Administrasiyasına yaxın həmsöhbətlərindən biri bildirib ki, genişmiqyaslı müharibə başlayandan sonra bir çox məmur həqiqətən də öz postunu tərk etmək istəyib. Onun sözlərinə görə, Kremldə belə niyyətlər xəyanət kimi qiymətləndirilir, ona görə də məmurlara “birlik nümayiş etdirmək” tapşırığı verilib.

Keçmiş Federal Təhlükəsizlik Xidməti zabiti də deyib ki, o, indiki qubernatorların istefaya getməyə cəhd etdiyi, lakin rədd cavabı aldığı ən azı iki hadisədən xəbərdardır. Onun sözlərinə görə, onlara sadəcə rədd cavabı verilməyib, “cinayət məsuliyyətinə cəlb olunacaqları ilə bağlı eyham vurulub”.

Eyni zamanda, nəşrin həmsöhbətlərindən biri vurğulayır ki, qadağa qeyri-rəsmidir, ona görə də istisnalar ola bilər – məsələn, sağlamlıqla bağlı və ya korrupssiyaya yol verməklə istefaya getmək olur.

“İndi sakitcə, səs-küy düşmədən öz postunu tərk etmək imkanı üçün çoxu böyük pullar xərcləməyə hazırdır”, – deyə o bildirib.

Apreldə “The Bell” qəzeti yazırdı ki, Rusiya hökuməti rəsmilərinin xaricə səfərləri də qadağan edilib. Ancaq işgüzar və baş nazirlə razılaşdırılmaqla səfərlər mümkündür. Nəşr eyni zamanda Prezident Administrasiyasında belə məhdudiyyətlərin olmadığını qeyd edib.

Ana səhifəXəbərlərKreml müharibə zamanı yüksək rütbəli məmurlara işdən çıxmağı qadağan edib