RT kanalının “In the Now” layihəsinin səhifəsi bloklanıb
Kreml “Facebook”un Rusiyanın dövlət RT telekanalına aid səhifəni bloklamasını “mətbuata təzyiq” hesab edir.
Fevralın 18-də Moskvada jurnalistlərə danışan prezidentin mətbuat katibi Dmitri Peskov “Facebook”un hərəkətini onun “imicinə” və “etibarlılığına ciddi ziyan vuran” addım olaraq qiymətləndirib.
Peskov “Dost olmayan ölkələr ictimai media sektorunda və digər platformalarda Rusiya mediasına təzyiq etmək üçün böyük şirkətlərdən istifadə edir,”- deyib. O əlavə edib ki, RT öz hüquqlarını qoruyacaq və problem həllini tapacaq.
RT-nin baş redaktoru Marqarita Simonyan (Margarita Simonyan) bir gün əvvəl öz “Facebook” hesabında ABŞ-da yerləşən sosial media nəhənginin onun televiziya kanalının ingilis dilindəki “In the Now” layihəsinin səhifəsini blokladığını bildirib.
“Bizim ingilis dilində “In the Now” adlı tamamlayıcı layihəmiz var. Layihə çox məşhur idi – 2.5 milyard baxış və 4 milyon abunəçiyə sahib idi,”- RT-nin baş redaktoru Simonyan “Telegram” sosial şəbəkə hesabında qeyd edib.
Simonyanın sözlərinə görə, “Facebook” CNN-in “The Now” layihəsinin Kremlin sponsorluğunda olduğunu iddia edən proqramından sonra bloklayıb.
Simonyan həmçinin səhifənin öz izləyicilərinə onların rusiyalı maliyyə mənbələrinin açıqlamamasının bir məsələ olmamalı olduğunu qeyd edib.
“Biz heç bir “Facebook” qaydalarını pozmadıq,”- o deyib.
RT ABŞ kəşfiyyat orqanları tərəfindən 2016-cı il prezident seçkisinə müdaxilə etmək üçün Kreml tərəfindən istifadə edilməkdə günahlandırılır.
Bu ittiham ABŞ Ədliyyə Departamentinin 2017-ci ilin sentyabr ayında RT-nin ABŞ nümayəndəliyini “xarici agenti” kimi qeydiyyatdan keçirməsinə dair əmrinə gətirib çıxarıb. İddialar “Twitter”-də RT və onun filialı olan “Sputnik”ə aid reklamların qadağasına gətirib çıxarıb.
Köhnə “Russia Today” kimi tanınan RT, ingilis, fransız, ispan və ərəb dilində yayımlanır.
“Russia Today” 2000-ci ilin ortalarında Rusiyanın dövlət başçısı Vladimir Putinin Qərb qərəzliliyi olaraq gördüyü ABŞ və ingilis media quruluşlarının dominantlığına qarşı yaradılıb.
Kanal analitiklər tərəfindən komplo nəzəriyyəçilərə, ultra sağçılara və antiestablishment (sistemə qarşı) fiqurlara verilən bir platforma kimi görülür.