Kreditin ləğvi mümkün deyil

“Sərəncama görə, gəlirin yaşayış minimumundan artıq olmadığı halda bankın kredit borcu tələb etməyə haqqı yoxdu”

Source:


“Sərəncama görə, gəlirin yaşayış minimumundan artıq olmadığı halda bankın kredit borcu tələb etməyə haqqı yoxdu”


Gəncə şəhəri sakini Əli Əliyev avtomobillərin təmiri sexində çalışır. Üç uşağı var.  Əlinin zəhməti ilə ailəsinə, yaşlı valideynlərinə baxır. 2 il əvvəl gəliri normal olduğundan Gəncədəki banklardan birindən 3 min dollar kredit götürüb. Sonr vəziyyət ağırlaşıb:

“İşimiz yaxşı idi, hər ay krediti ödəyirdim. Manat devolvasiya olandan sonra çətin oldu. Kreditim dollarla idi, daha da ziyana düşdüm. Üstəlik iş də azalıb, camaatda pul yoxdu. Əksər adamlar maşını nisyə düzəltdirir. Krediti ödəyə bilmədim, faizi də artıb. 7 aydır heç evə normal bazarlıq edə bilmirəm, qalsın kredit ödəyim. İndi kredit faiziylə birgə 4 min dolları keçib. Məhkəməyə veriblər”.

Əli Əliyev deyir ki, məhkəmə bankın xeyrinə qərar çıxarıb və ona etdikləri güzəşt ancaq kreditin müddətini uzatmaq olub:

“Evimi satıram. Borcunu 1 il, 3 aydan sonra ödəyib, bitirməliyəm. Maşınımı girov götürüblər, əks halda bank müsadirə edəcək”.


Oktyabrın 20-də ölkə prezidenti 2016-cı il üçün yaşayış minimumu haqqında sərəncam verib. Sərəncamın 3 ay müddətinə tətbiqi tapşırılıb. Dekabrın 7-də verilən məlumata görə, yeni ildən qüvvəyə minəcək qanuna əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (140), pensiyaçılar üçün 115 manat (108), uşaqlar üçün 117 manat (108) məbləğində müəyyən edilib.

Ekspert Əkrəm Həsənov deyir ki, dövlət başçısının sərəncamı banka borcunu ödəyə bilməyənlər üçün çox yaxşı xəbər sayılır:

“Məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər. Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu, o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa). Əgər yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, onda vətəndaşın bundan şikayət etməyə haqqı var. Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşın haqqı bütün hallarda qorunsun. Buna görə də vətəndaş nəinki məhkəmədə iddia qaldıra, hətta bundan Milli Məclisə şikayət də edə bilər”.

Ekspert deyir ki, sərəncamda banklar üzərinə konkret hansısa öhdəlik qoyan müddəa olmasa da, qanun deyir ki, vətəndaşın aylıq yaşayış minimumu budur. Yəni bu olmasa, vətəndaş acından ölər. Bu isə o deməkdir ki, onun o pulu toxununlmazdır.

“Təəssüf ki sərəncamdan irəli gələn tələbləri banklar qəbul etmir. Lakin vətəndaşlar öz hüquqlarını bilməlidirlər. Və bu qanunla kimsə onların mimimum yaşayış haqlarını əllərindən ala bilməz”.

“Bankof Baku”- nun Gəncədəki filialından adını deməyən kredit mütəxəssisi isə bildirir ki, 350 min nəfərdən çox yeni kreditçilər var. Əgər bu qayda tətbiq edilsə, bank iflas edər:

“Krediti götürən adam məvacibinə güvənərək, götürüb. İndi də ödəniş etməlidir. Biz problemli müştərilərə müəyyən güzəştlər etmişik. Məsələn, onların kredit müddətlərini uzadırıq. Ancaq kreditin ləğvi mümkün deyil”.

İndi Əli Əliyev bilmir mütəxəssisin dediyi kimi şikayət etsin, yoxsa bankların təzyiqinə boyun əyib maşınını satsın…

Ana səhifəXəbərlərKreditin ləğvi mümkün deyil