Nazir müavini: ”2018-ci ildə bütün ölkədə icbari tibbi sığorta layihəsi keçiriləcək”
“Son 10 ildə 600-dən çox tibb müəssisəsi yenidən qurulub və təmir olunub”.
“Report” yazır ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında çıxışı zamanı səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bu illər ərzində kadrların hazırlığı istiqamətində də işlər görüldüyünü bildirib:
“Mingəçevir və Yevlax rayonlarında icbari tibbi sığorta pilot layihə olaraq həyata keçirilir. Bunun 2018-ci ildən bütün ölkədə həyata keçirilməsi nəzərdə tutulub”.
O vurğulayıb ki, ana və uşaq ölümlərinin azaldılması istiqamətində ciddi işlər aparılır: “Azərbaycanda körpə ölümü artmayıb, əksinə, azalıb”.
“Hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir”.
Bu açıqlamanı yanvarda Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov APA-ya deyib.
O bildirib ki, son illər hər 1000 diri doğulan körpədə ölüm əmsalı 10 promille təşkil edir. Yəni hər 1000 yeni doğulan uşaqdan 10-u ölür. R.Hüseynov vurğulayıb ki, 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb.