Koronavirusa yoluxmuş həkimin yaxınları Mehriban Əliyevaya müraciət etdi

“Xasay doktor aldığı müalicələrə rəğmən səhhətində əsaslı irəliləyiş olmayıb , ötən gecədən isə daha da pisləşib.2

Source: Facebook


“Kəskin tənəffüz çatışmazlığı o həddə çatıb ki , süni tənəffüz aparatının effekti qalmayıb”

Koronavirus infeksiyasına yoluxmuş Sumqayıt Şəhər Təcili Tibbi Yardım Mərkəzinin həkimi Xasay Bayramovun vəziyyəti ağırlaşıb.

Həkimin yaxınlarının Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətdə belə deyilir.

“Xasay doktor aldığı müalicələrə rəğmən səhhətində əsaslı irəliləyiş olmayıb , ötən gecədən isə daha da pisləşib. Xəstədə artıq total ağciyər çatışmazlığı müşahidə olunur. Kəskin tənəffüz çatışmazlığı o həddə çatıb ki , süni tənəffüz aparatının effekti qalmayıb”, – deyə yaxınları yazır.

Daha sonra deyilir:

“Hörmətli Mehriban xanım! Belə bir vəziyyətdə biz-Xasay həkimin ailəsi , yaxınları , dostları , həkim kollektivi olaraq sizə müraciət edirik. Artıq dərəcədə xahiş edirik ki, bu vəziyyətə birbaşa siz – özünüz nəzarət edəsiniz . Xəstənin EKMO-ya qoşulmasına yardım edəsiniz . İnanırıq ki , məhz sizin sayənizdə savadlı, səriştəli bir həkimi həyata qaytarmaq mümkün olacaq”.

Rəsmi məlumatlarda dəqiq rəqəm göstərilməsə də, respublika üzrə minə yaxın tibb işçisində koronavirus infeksiyasına yoluxma hallarının olduğu bildirilir. Həkim və tibbi heyət arasında həyatını itirənlər də var.

Meydan TV müraciətlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) münasibət öyrənə bilməyib.

Ana səhifəSosialKoronavirusa yoluxmuş həkimin yaxınları Mehriban Əliyevaya müraciət etdi