Koronavirus: Azərbaycanda bir gündə 41 nəfər vəfat edib

Operativ qərargah Azərbaycanda indiyə qədər 183 259 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib

Source: Reuters


"4273 adam infeksiyaya yoluxub"

Dekabrın 15-də Azərbaycanda 41 xəstə COVID-19 infeksiyasından ölüb.

4273 adam infeksiyaya yoluxub, 4164 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 183 259 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2007 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 62 247 nəfərdir”.

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 231, ötən müddət ərzində isə ümumilikdə 1 980 579 testin aparıldığı qeyd olunub.

Ana səhifəSosialKoronavirus: Azərbaycanda bir gündə 41 nəfər vəfat edib