Köçkünlərə fevralda ödənməli olan aylıq müavinət martda veriləcək

Məcburi köçkünlərin müavinəti gecikir

Source:
Yarımçıq bina indi məcburi köçkünlərin sığınacağıdır.
Yarımçıq bina indi məcburi köçkünlərin sığınacağıdır.


Məcburi köçkünlərin müavinəti gecikir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi köçkünlərə müraciət edib.

Müraciətdə prezidentin köçkünlərlə bağlı aylıq 36 manatlıq fərmanına edilən dəyişiklikdən sonra işğal olunmuş rayon icra hakimiyyətlərinə məcburi köçkünlərin siyahılarının hazırlanmasının tapşırıldığı deyilir.

Bildirilir ki, proses vaxt apardığından köçkünlərə fevralda ödənməli olan müavinət və kommunal xidmət təşkilatlarına ödənişlər martda iki aylıq veriləcək.

İlham Əliyev yanvarın 23-də köçkünlər və onlara bərabər tutulan şəxslərə veriləcək aylıq müavinətlə bağlı fərman imzalayıb. Fərmana görə, məcburi köçkünlərə yemək xərci, kommunal və digər xidmətlər üçün aylıq 36 manat məbləğində müavinət müəyyən edilib.

Fevralın 14-də isə prezident verdiyi fərmana dəyişikliklər edib. Dəyişikliyə görə, köçkünlərin fərdi qaydada sayğacların quraşdırılması mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar yenə dövlət hesabına ödəniləcək.

Ana səhifəXəbərlərKöçkünlərə fevralda ödənməli olan aylıq müavinət martda veriləcək