CNN kanalının ofisində təxliyyə həyata keçirilib
Oktyabrın 24-də ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klintonun yaşadığı evə içində partlayıcı olan bağlama göndərilib.
“The New York” yazır ki, partlayıcı maddəni poçtu və bağlamarı çeşidləyən işçi aşkarlayıb.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın da evinə partlayıcı qurğu göndərilib.
Qəzetin yazdığına görə, həmin partlayıcı qurğular milyarder Corc Sorosun poçt yeşiyində tapılanlara bənzəyir.
Hələlik bu hadisələr arasında əlaqə olub-olmadığı bəlli deyil. Hüquq-mühafizə orqanları araşdırma aparır.
CNN telekanalının Nyu-Yorkdakı ofisinin əməkdaşları da təxliyyə olunub.
Bu barədə telekanalın əməkdaşı Erik Levinson “Twitter”dəki səhifəsində məlumat verib:
“Hazırda CNN-in Nyu-York ofisində təxliyyə həyata keçirilir. Ətraf polislə doludur”.
Telekanalın jurnalistləri Poppi Harlou və Cim Sayato canlı yayımı küçədə davam etdirmək məcburiyyətində qalıblar.