Kinotənqidçi: ““Fəryad II” filminin qatıldığı festival heç də nüfuzlu deyil”

Həyat, deyəsən, gözəldir filmindən screenshot

Filmin premyerası “Bursada keçiriləcək festivalda olacaq

“Həyat, deyəsən, gözəldir” (Fəryad II) bədii filminin preymyerası “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında olacaq.

Bu haqda məlumatı Meydan TV-yə “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidməti Ramil Ələkbərov verib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev özü də festivalda iştirak edəcək. Festivalın sənədli film kateqoriyasında isə kinorejissor Teymur Hacıyevin “Dalan” sənədli filmi yarışacaq.

“Tarixi ponarama” və “Müasir insan mənzərələri” adlı müsabiqədənkənar kateqoriyalarda da “Dəli Kür” filminin yenilənmiş versiyası və “Otel otağı” filmi nümayiş olunacaq.

Festival 2022-ci il noyabrın 1-dən 5-dək Bursa şəhərində təşkil olunacaq.2021-ci ildə təsis olunan festivalda türkdilli ölkələrdən filmlər yer alır. İlk festivalın qalibi azərbaycanlı kinorejissor Hilal Baydarov olub. Onun “Səpələnmiş ölümlər arasında” bədii filmi festivalın “Ən yaxşı film” nominasiyası üzrə mükafata layiq görülüb.

Kinotənqidçi Hacı Səfərov “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalını heç də nüfuzlu hesab etmir :

“Bu festival ötən il yaradılıb. Dünyadakı populyarlığını keçdim, heç Türkiyədə ən nüfuzlu üç festivaldan biri də deyil. Niyə insanlara yalan danışırlar, aldadırlar? Filmin nüfuzlu və ya nüfuzsuz festivala qatılması, əsərin özünün yaxşı-pisliyindən xəbər vermir”.

2022-ci il oktyabrın 14-dən 23-dək Polşanın paytaxtında ənənəvi 38-ci Beynəlxalq Varşava Film Festivalı keçirildi.

Kinotənqidçi Hacı Səfərov festivalda gәnc kinotәnqidçilәrin әn yaxşı filmi müәyyәn etdiyi jüri heyәtində təmsil olunurdu.

Kinotənqidçi festival çərçivəsində İkinci Qarabağ müharibəsinə dair Ermənistan istehsalı olan “Invisible Republic” adlı sənədli filmlə bağlı müsbət fikirlərini bildirmişdi.

“Invisible Republic” filmini “Fulya” ilə müqayisə edərkən, ikincinin zəif çəkildyini demişdi.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov isə məsələyə münasibət bildirərkən demişdi ki, Ermənistanın çəkdiyi bədii filmlərin iştirak etdiyi festivallar ciddi deyil. Əlavə etmişdi ki, İkinci Qarabağ müharibəsindən bəhs edən “Həyat, deyəsən, gözəldir” filmi nüfuzlu festivalda iştirak edəcək

“Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmi İkinci Qarabağ müharibəsinə həsr olunub.

İlkin işçi adı “Fəryad II” olan filmin, ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur.

Baş rolda Hikmət Rəhimov, rollarda Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır.

Ana səhifəUncategorized @azKinotənqidçi: ““Fəryad II” filminin qatıldığı festival heç də nüfuzlu deyil”