Kəramət Böyükçöl sərbəst buraxılıb

Elşad Babayev “yazıçı barədə araşdırma aparıldı və sərbəst buraxıldı, ona qarşı heç bir ittiham irəli sürülmədi”,-deyə bildirib.

Source: Facebook


Yazıçıya heç bir ittiham irəli sürülməyib

Avqustun 18-də saxlanılan yazıçı Kəramət Böyükçöl bu gün sərbəst buraxılıb.

Məlumatı Meydan TV-yə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev təsdiqləyib.

Elşad Hacıyev “yazıçı barədə araşdırma aparıldı və sərbəst buraxıldı, ona qarşı heç bir ittiham irəli sürülmədi”,-deyə bildirib.

Yazıçı Kəramət Böyükçöl dünən günün ikinci yarısında saxlanılıb. Polislər onun yaşadığı evə gələrək qonşuların şikayət etdiyini deyiblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki

Ehsan Zahidov

isə deyib ki, Kəramət Böyükçölün saxlanılması həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır: “Belə ki, son günlər Kəramət Böyükçölün sosial şəbəkələrdə sərxoş vəziyyətdə özünü aparması izləyiciləri və yaxın ətrafında onun sonda intihar edəcəyi fikri yaradıb. Sosial şəbəkələrdə bununla bağlı şərhlərə də rast gəlmək mümkündür. Dostları və izləyiciləri onun intihar edəcəyi ilə bağlı həyəcan təbili çalırdı. Ona kömək edilməsi ilə bağlı çağırışlar edilirdi. Bu baxımdan Kəramət Böyükçölün saxlanılmasının səbəbi, haqqında olunan şikayətlərdən başqa, həm də onun şəxsi təhlükəsizliyinin və sağlamlığının qorunması məqsədi daşıyır".

Ana səhifəSiyasətKəramət Böyükçöl sərbəst buraxılıb