Kəmalə Bənənyarlıya işgəncə verildiyi təsdiqləndi

Vəkil Əsabəli Mustafayev bildirir ki, işgəncə verənlər bir neçə nəfər olub, bəzilərinin adı məlumdur, onlardan biri Nadir Aslanov olub

Source:


Vəkil Əsabəli Mustafayev bildirir ki, işgəncə verənlər bir neçə nəfər olub, bəzilərinin adı məlumdur, onlardan biri Nadir Aslanov olub

Mayın 7-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 30 sutka azadlıqdan məhrum olunan AXCP üzvü Kəmalə Bənənyarlının işgəncələrə məruz qalması təsdiqlənib.

AXCP üzvü ilə görüşən vəkil Əsabəli Mustafayev Meydan TV-yə deyib ki, o, Kəmalə Bənənyarlı Binəqədi Polis Məntəqəsində saxlanılır, görüş də orda oldu.

Əsabəli Mustafayev AXCP üzvünün Nəsimi Polis İdarəsində işgəncələrə məruz qaldığını bildirib: “Kəmalə Bənənyarlını daha çox başından,  boyun arxasından vurublar, hazırda başında şiş qalıb. İşgəncə verənlər bir neçə nəfər olub, bəzilərinin adını bilirik, digərlərini isə dəqiqləşdiririk. Onlardan biri Nadir Aslanov olub, o biri vəzifəli şəxs imiş, hazırda onu müəyyənləşdiririk. Amma polis idarəsinin rəsi işgıncə verməyib”.

İşgəncə verənlərin AXCP üzvündən əsas tələbi Əli Kərimlinin göstərişi ilə insanları məhkəmə qarşısına gətirməyini etiraf etməsi olub. Ə.Mustafayev bildirib ki, polislər ondan tələb edib ki, Əli Kərimlinin aksiyalardan ötrü ona hər ay pul verdiyini etiraf etsin: “Guya, bu pullar Fransa və ABŞ-dan gəlirmiş, məqsəd isə iğtişaş törədib dövlət çevrilişi həyata keçirmək olub. O cümlədən, Leyla Yunusla əlaqələrinin olub-olmadığını soruşublar. Kəmalə Bənənyarlı bunlardan imtina etdikcə, daha möhkəm döyüblər”

Vəkil dedi ki, mayın 7-də Kəmalə Bənənyarlı Binəqədidə qəbul olunanda həkim müayinəsindən keçib: “Kəmalə xanımın dediyinə görə həkimlər başında şiş olduöunu sənədləşdiriblər. Mayın 8-də halı yenidən pisləşdiyindən təcili tibbi yardım çağrılıb, daim qusduğundan iynə vurulub”.

Ana səhifəXəbərlərKəmalə Bənənyarlıya işgəncə verildiyi təsdiqləndi