Kəlağayısı ilə tanınan kənd

Abbasəli Talıbov uşaqlıqdan kəlağayı işi ilə məşğuldur.  Deyir: Gözümü açandan evimizdə kəlağayı hazırlayanları görmüşəm

Abbasəli Talıbov uşaqlıqdan kəlağayı işi ilə məşğuldur. Deyir: Gözümü açandan evimizdə kəlağayı hazırlayanları görmüşəm

İsmayıllının Basqal kəndini məşhur və zəngin edən onun ipəyi və kəlağayısı olub. 1993-cü ildən burada kəlağayı sexi fəaliyyət göstərsə də, sonradan sex fəaliyyətini dayandırıb. Hazırda bir neçə Basqal sakini toplaşıb kiçik bir sex yaradaraq sakinlərin işləməsinə, kəlağayını növbəti nəsillərə ötürməsinə yardımçı olurlar.

Sexdə çalışan Abbasəli Talıbov deyir ki, əsl ipəyi tanımaq üçün onu yandırmaq lazımdır. "Əgər yanıb qurtarandan sonra toz halına gələcəksə, deməli, əsl ipəkdir. Digər hala gələnlər isə ipəyə edilmiş qatqılardır ki, bu da əsl ipək sayılmır".

Bir kəlağayı bir neçə dəfə rənglənməyə göndərilir. Naxışından asılı olaraq 3 gündən 1 həftəyə qədər hazırlamaq olar. Elə buna görə hazırladığımız kəlağayılar digər baş örtüklərinə nisbətən baha satılır. “40-70 manat arası dəyişir” - deyir Abbasəli Talıbov.

Basqalda kəlağayı sexi bağlandıqdan sonra bir neçə kənd adamı kiçik sex yaradaraq kəlağıyını istehsal etməyə başlayıblar

Basqalda kəlağayı sexi bağlandıqdan sonra bir neçə kənd adamı kiçik sex yaradaraq kəlağıyını istehsal etməyə başlayıblar

Sexin kiçik olmasına baxmayaraq, bir gündə 4-5 kəlağayı hazırlanır

Sexin kiçik olmasına baxmayaraq, bir gündə 4-5 kəlağayı hazırlanır

Abbasəli yeni hazırlanacaq kəlağayıya naxışlar vurur

Abbasəli yeni hazırlanacaq kəlağayıya naxışlar vurur

Bir kəlağayını tam hazırlamaq üçün 2-3 gün vaxt tələb olunur

Bir kəlağayını tam hazırlamaq üçün 2-3 gün vaxt tələb olunur

Hazırlanmış kəlağayılar xüsusi hazırlanmış rənglərlə rənglənir

Hazırlanmış kəlağayılar xüsusi hazırlanmış rənglərlə rənglənir

Hazırlanan kəlağayılara müxtəlif bəzəklər vurularaq qurumağa qoyulur

Hazırlanan kəlağayılara müxtəlif bəzəklər vurularaq qurumağa qoyulur

Kəlağayıların üzərinə bəzək vurmaq üçün buta formalı möhür

Kəlağayıların üzərinə bəzək vurmaq üçün buta formalı möhür

Bir çox insan Basqaldakı sexə müraciət edərək, kəlağayı sifariş verir

Bir çox insan Basqaldakı sexə müraciət edərək, kəlağayı sifariş verir

Nizami Məmmədov bu sənətin babasından keçdiyini deyir və bundan sonra da bu işin davam olunmasını istəyir

Nizami Məmmədov bu sənətin babasından keçdiyini deyir və bundan sonra da bu işin davam olunmasını istəyir

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ymle4r

Ən çox baxılan