Keçmiş polis rəisinin xanımı azadlıqdan məhrum edildi

95 saylı orta məktəbdə müəllimə işləmiş Leyla Əkbərova dələduzluqda ittiham olunur

Source:


95 saylı orta məktəbdə müəllimə işləmiş Leyla Əkbərova dələduzluqda ittiham olunur

Mayın 10-da  Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

O, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuş Mahir Əkbərovun keçmiş həyat yoldaşıdır.

Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

L.Əkbərovanın işi üzrə bir neçə nəfər zərərçəkən kimi tanınıb. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar.

Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə, A.Məmmədova iddia edir o, digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər. Zərərçəkmişlər bu dələduzluq işində Mahir Əkbərovun da əlinin olduğunu deyirlər.

Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Vaxtilə 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova dələduzluq söhbətləri ortaya çıxandan sonra əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyib.

O, pasportunu dəyişdirərkən “ASAN Xidmət”də saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə  müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Ana səhifəXəbərlərKeçmiş polis rəisinin xanımı azadlıqdan məhrum edildi