Prezident yeni sərəncam imzalayıb
Sabiq xarici işlər naziri Vilayət Quliyev Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev mayın 4-də sərəncam imzalayıb.
1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olan Vilayət Quliyev 1952-ci ildə Ağcabədi rayonunda anadan olub. O, ADU-nun Fılologiya fakültəsində təhsil alıb. V.Quliyev Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981-1985), böyük elmi işçi (1985-1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987-1994) vəzifələrində çalışıb.
Nazir vəzifəsindən sonra 2004-2010-cu illərdə Azərbaycanı Polşada, 2010-2021-ci illərdə Macarıstanda səfir kımi təmsil edib.