Keçmiş futbolçu 8 il iş aldı

Maşallah Əhmədov məhkəmə zalında həbs edilib

Source:
Maşallah Əhmədov foto trend.az
Maşallah Əhmədov foto trend.az


Maşallah Əhmədov məhkəmə zalında həbs edilib

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun məhkəmə prosesi başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M. Əhmədov son sözlə çıxış edərək heç kimin pulunu mənimsəmədiyini deyib. Daha sonra hökm oxunub. Hökmə əsasən, M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Ana səhifəXəbərlərKeçmiş futbolçu 8 il iş aldı