Mənbə: Meydan TV

"Karantin qaydaları siyasi həbslər üçün bəhanədir"

"Karantin qaydaları siyasi həbslər üçün bəhanədir"

Bu gün, iyunun 1-də bir qrup tələbə Təhsil Nazirliyinə müraciət ünvanlamaq üçün qurumun qarşısına toplaşıb. Onlar pandemiya dövründə üniversitetlərdə təhsil haqlarının, imtahanların ləğv edilməsini istəyib. Tələbələrə ictimai sektor nümayəndələri də dəstək verib. Polis nazirliyin önündə toplananları oradan uzaqlaşdırıb, bəzilərini saxlayıb. Saxlanılan tələbələr barəsində İnzibatı Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə karantin rejiminin pozulması) maddəsi ilə protokol tərtib olunub. “Tələbə tələbi” hərəkatının rəhbəri Rüstəm İsmayılbəylinin işinə məcəllənin 535.1-ci (polisə müqavimət) maddəsi də əlavə olunub. O, Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutkalıq həbs olunub. Saxlanılan digər 5 nəfər isə 100-200 manat arasında cərimə olunaraq, sərbəst buraxılıb. Mart ayından etibarən karantin rejimi ilə əlaqədar təhsil müəssisələri qapadılıb. Tələbələr pandemiya dövründə təhsil haqqı ödəməyin iqtisadi cəhətdən çətin olduğunu deyirlər. Bir də keçirilməyən semestrə görə ödəniş tələb edilməsini düzgün saymırlar. Bundan başqa online təhsilin keyfiyyətsiz keçirildiyini deyənlər bu yarımilin imtahansız başa vurulmasını istəyir. Təhsil Nazirliyinin yaydığı açıqlamada deyilir ki, imtahanlara hazır olmayan tələbələr üçün avqust ayında 3-4 həftəlik əlavə mühazirələr təşkil olunacaq. Qurumun mətbuat xidməti Cəsarət Valehov daha öncə Meydan TV-yə bildirmişdi ki, ödənişlərlə bağlı məsələ nazirliyin yox, üniversitetlərin verəcəyi qərardan asılıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mids35

Ən çox baxılan